COVID-19 virusundan ölən şəxs

Ermənistanda koronavirusdan ölənlərin sayı daha bir psixoloji həddə çatır

20
(Yenilənib 23:36 23.12.2020)
Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2691-ə çatıb. Xəstəlikdən sağalanların sayı 135638 nəfər olub. Hazırda bu ölkədə 16451 nəfər xəstəxanada müalicə alır.

BAKI, 23 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 154602-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 838 nəfər artıb.

Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2691-ə çatıb. Xəstəlikdən sağalanların sayı 135638 nəfər olub. Hazırda bu ölkədə 16451 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 77,9 milyonu keçib, 1,71 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

20
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15