CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk aktrisası "Dünyanın ən gözəl qadını" seçildi

© Photo : Instagram / handemiyyHande Erçel
Hande Erçel  - Sputnik Azərbaycan
Abunə olmaq
Elçin Sangu 83, Neslihan Atagül 89-cu sıralarda qərarlaşıb. Qeyd edək ki, "Top Beauty World" adlı yarışmanı "Los Anceles Kosmetik Cərrahiyyə Klinikası" 6 ildir davamlı şəkildə keçirir

BAKI, 21 dekabr — Sputnik. "Sen Çal Kapımı" serialının ulduzu Hande Erçel ABŞ-nın "Top Beauty World" adlı yarışmasında "Dünyanın ən gözəl qadını" seçilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda 100 gözəl qadın arasında birinci yerə layiq görülən aktrisa,"Top Beauty World 2020"nin "Ən Gözəl 100 Qadını" siyahısının qalibi olub.

Siyahıda daha 5 türk aktrisası - Tuba Büyüküstün 29, Fahriye Evcen 45, Demet Özdemir 75, Elçin Sangu 83, Neslihan Atagül 89-cu sıralarda qərarlaşıb. Qeyd edək ki, "Top Beauty World" adlı yarışmanı "Los Anceles Kosmetik Cərrahiyyə Klinikası" 6 ildir davamlı şəkildə keçirir.

Xəbər lenti
0