Makron koronavirusa yoluxdu

© AP Photo / Francois MoriПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Emmanuel Makrona koronavirus diaqnozu ilkin simptomlar zamanı təyin olunan RTPCR testi əsasında qoyulub.

BAKI, 17 dekabr - Sputnik. Fransa Prezidenti Emmanuel Makron koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

"Respublika prezidentinin COVID-19 diaqnozu bu gün təsdiqləndi", - kommünikedə deyilir.

Bildirilir ki, diaqnoz ilkin simptomlar zamanı təyin olunan RTPCR testi əsasında qoyulub.

"Hər kəsə tətbiq olunan sanitar qaydalara uyğun olaraq respublika prezidenti yeddi gün müddətində təcrid olunacaq. O, işləyəcək və fəaliyyətini distant olaraq davam etdirəcək", - rəsmi məlumatda qeyd olunur.

Xəbər lenti
0