Nikol Paşinyan, arxiv şəkli

Paşinyan istefa verəcək Tarix açıqlandı

313
(Yenilənib 11:52 17.12.2020)
Belə ki, nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Paşinyan 31 dekabr Yeni il təbrikində öz istefasını və növbədənkənar seçkiləri elan edəcək

BAKI, 17 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verəcəyi mümkün tarix açıqlanıb. Bu barədə Sputnik Azərbaycan "Qraparak" nəşrinə istinadən xəbər verir.

Belə ki, nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Paşinyan 31 dekabr Yeni il təbrikində öz istefasını və növbədənkənar seçkiləri elan edəcək.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

313
Teqlər:
istefa, baş nazir, Nikol Paşinyan, Ermənistan

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

10
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

10
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

13
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

0
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

0