Dünyada ilk dəfə dövlət başçısı koronavirusdan ölüb

© KACPER PEMPELEsvatininin Baş naziri Mandvulo Ambrouz Dlamini
Esvatininin Baş naziri Mandvulo Ambrouz Dlamini - Sputnik Azərbaycan
Abunə olmaq
52 yaşlı siyasətçidə koronavirus noyabrın ortalarında aşkarlanmışdı, lakin həmin vaxt bildirilmişdi ki, onda xəstəliyin simptomları müşahidə olunmur və o, özünü yaxşı hiss edir.

BAKI, 14 dekabr — Sputnik. Dünyada ölkə liderinin koronavirusdan ölümünə dair ilk fakt qeydə alınıb. Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, Esvatininin Baş naziri Mandvulo Ambrouz Dlamini COVID-19-un qurbanı olub.

52 yaşlı siyasətçidə koronavirus noyabrın ortalarında aşkarlanmışdı, lakin həmin vaxt bildirilmişdi ki, onda xəstəliyin simptomları müşahidə olunmur və o özünü yaxşı hiss edir. Dekabrın əvvəlində Dlamininin vəziyyəti kəskin şəkildə pisləşib və qonşu ölkə Cənubi Afrika Respublikasında (CAR) xəstəxanaya yerləşdirilib. O, iki həftə xəstəxanada qalandan sonra vəfat edib.

Xəbər lenti
0