Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: Türkiyə hamının ona arxa çevirdiyi ən çətin vaxtlarda İranın yanında olub

131
(Yenilənib 12:24 13.12.2020)
Türkiyə XİN başçısı: "Türkiyə ən çətin vaxtlarda, hamının İrana arxa çevirdiyi dövrlərdə bu ölkənin yanında olub. Bu gerçəyin unudulması İrandan verilən ağır açıqlamalardan duyulan xəyal qırıqlığının təsirini daha da artırır"

BAKI, 13 dekabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamaya görə, telefon söhbətində Çavuşoğlu deyib ki, İranda Türkiyə ilə bağlı yanlış anlaşılmadan və həqarət dolu açıqlamalardan Türkiyə tərəfi təəssüf hissi keçirib. Nazir bu xoşagəlməz vəziyyətlə bağlı İran tərəfinə iradını belə bildirib:

"Qarabağla əlaqəli olduğunu düşündüyümüz bir şeir və İrana heç bir aidiyyəti olduğunu düşünmədiyimiz danışıqların bəhanə edilməsi, bu barədə başqa kanallar olduğu halda, hörmətli dövlət başçımızın hədəf alınması, onun haqqında ağır açıqlamaların verilməsi qəbuledilməzdir".

Çavuşoğlu İrandan hamının üz döndərdiyi vaxtda Türkiyənin onun yanında olduğunu da xatırladıb: 

"Türkiyə ən çətin vaxtlarda, hamının İrana arxa çevirdiyi dövrlərdə bu ölkənin yanında olub. Bu gerçəyin unudulması İrandan verilən ağır açıqlamalardan duyulan xəyal qırıqlığının təsirini daha da artırır".

Dekabrın 10-da Bakıda keçirilən "Zəfər paradı" zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur bayatıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. Bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Twitter hesabında "heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndiyini" bildirib. İranın antiTürkiyə isterikası bununla bitməyib. Rəsmi Tehran və İran KİV-ləri Türkiyə və Azərbaycan əleyhinə həqarət dolu bəyanatlar səsləndirməyə davam edir. 

131
Teqlər:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Cavad Zərif, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

13
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

13
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
Mayk Pompeo, arxiv şəkli

Pompeodan dünyanı çalxalayacaq bəyanat

46
(Yenilənib 22:17 16.01.2021)
Pompeo qeyd edib ki, hələ 2019-cu ilin yayında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub

BAKI, 16 yanvar - Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarında hazırlandığını təsdiq edən sənəd yayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Departamentinin saytındakı yazılı bəyanatda deyilir. 

"Bu həftə Çinə gələn ÜST-ün istintaq qrupunun həyati vacib fəaliyyətinə kömək etmək üçün Amerika Birləşmiş Ştatlarının hökuməti bu gün Çinin dövlət laboratoriyalarının 2019-cu ildəki fəaliyyəti barədə yeni informasiyanı paylaşır", - bəyanatda deyilir.

Pompeo qeyd edib ki, hələ 2019-cu ilin payızında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub. 

Dövlət katibi həmçinin bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-CoV-19 ilə 96% identikdir.

Xatırladaq ki, pandemiya başlayandan dünyada 94 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox insan COVID-19 xəstəliyindən dünasını dəyişib.

46
Teqlər:
Mayk Pompeo, ABŞ, laboratoriya, Çin, Uhan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət