BAKI, 11 dekabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət təmsilçiləri Yerevan - Sevan yolunu bağlayıblar. Bu barədə Sputnik Azərbaycan "News.am"a istinadən xəbər verir.
Ermənistan polisi hərəkəti bərpa etməyə çalışır.
Paralel olaraq paytaxtda da etiraz aksiyası keçirilir. Bir neçə yürüşün iştirakçıları Yerevan mərkəzində toplaşırlar.
BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.
APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.
Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə borc üstündə baş verib.
Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.
BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.