Türkiyə bayrağı

"Wall Street Journal": "ABŞ bu gün Türkiyəyə qarşı sanksiya tətbiq edəcək"

32
(Yenilənib 13:53 11.12.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları NATO üzrə vacib tərəfdaşa qarşı hörmətsizlikdir.

BAKI, 11 dekabr — Sputnik. Birləşmiş Ştatlar bu gün Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi almasına görə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri öz mənbəsinə istinadən xəbər verir.

Bildirilir ki, sanksiyalar Türkiyənin müdafiə sənayesinin katibliyi və onun başçısı İsmayıl Demirə qarşı tətbiq oluna bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları NATO üzrə vacib tərəfdaşa qarşı hörmətsizlikdir.

Qeyd edək ki, Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın F-35 qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

32
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, sanksiya, ABŞ, Rusiya, Türkiyə, "S-400" zenit-raket kompleksi

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

33
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

33