Ermənistanda koronavirusdan ölənlərin sayı 2400-ə yaxınlaşır

© AFP 2023 / JACK GUEZТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2393-ə çatıb. Xəstəlikdən sağalanların sayı 120532 nəfər olub. Hazırda bu ölkədə 20540 nəfər xəstəxanada müalicə alır.

BAKI, 9 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 144066-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1138 nəfər artıb.

Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2393-ə çatıb. Xəstəlikdən sağalanların sayı 120532 nəfər olub. Hazırda bu ölkədə 20540 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 68,2 milyonu keçib, 1,55 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0