Nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi

Alimi belə məhv etdilər - Şokedici detallar

132
(Yenilənib 16:45 07.12.2020)
İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə noyabrın 27-də Tehranın Dəmavənd əyalətinin Absərd bölgəsində avtomobilinə olunan silahlı hücum nəticəsində ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib

BAKI, 7 dekabr — Sputnik. İslam İnqilab Keşikçiləri Korpusunun komandir müavini Əli Fədəvi nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı detalları açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, o, hadisə zamanı alimin əhatəsində 11 cangüdənin olmasına baxmayaraq belinə dəyən güllənin onurğasını parçalaması nəticəsində həyatını itirdiyini bildirib.

Tehran Universitetində təşkil olunmuş tədbirdə çıxış edən Fədəvi bildirib ki, sui-qəsd yol kənarındakı yük maşınına qoyulmuş və elektron sistemlərlə uzaqdan idarə olunan avtomatik silahla həyata keçirilib. Yük maşını hadisə yerindən 10-15 metr uzaqlıqda olub. Atəş açıldıqdan sonra avtomatik silahı məhv etmək üçün yük maşını partladılıb. Fədəvinin sözlərinə görə, partlayışdan sonra hadisəni araşdırmaq üçün avtomatik silahın sağ qalmış hissələri əsasında onun elektron sxemlərinin və peyk sistemlərinin təhqiqatına başlanılıb.

"Hadisə yerində heç kim yox idi. Yük maşınının içərisinə qoyulan avtomatik silahdan cəmi 13 güllə atılıb. Qalan güllələr mühafizəçilər tərəfindən açılıb. Yük maşınına yerləşdirilən avtomatik silah Fəxrizadənin üzünü yaxınlaşdırmağa imkan verən və süni intellektdən istifadə edən ağıllı bir peyk sistemi ilə təchiz olunmuşdu", - deyə o bildirib.

Qeyd edək ki, İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə noyabrın 27-də Tehranın Dəmavənd əyalətinin Absərd bölgəsində avtomobilinə olunan silahlı hücum nəticəsində ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.

İran hökumətinin sözçüsü Əli Rəbii Fəxrizadəyə qarşı törədilən sui-qəsdlə əlaqəli şəxslərin müəyyənləşdirildiyini və istintaq sona çatandan sonra lazımi tədbirlərin görüləcəyini bildirib.

132
Teqlər:
atəş, avtomat silah, yük maşını, İsrail, İran, nüvə, alim
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0