Erməni əsgərlərinin dəbilqələri

Ermənilərdən daha bir oğruluq - Hərbi musiqini belə Türkiyə filmindən oğurlayıblar

17
(Yenilənib 13:50 07.12.2020)
Bildirilib ki, Ermənistanın müdafiə qurumunun hərbçiləri ruhlandırmaq üçün hazırladığı videolarda səsləndirilən musiqi "Kubilay" filmindən götürülüb

BAKI, 7 dekabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin təbliğat videolarında istifadə etdiyi musiqi, əslində, Türkiyəyə məxsus hərbi filmdən götürülüb.

Sputnik Azərbaycan xəbər verir ki, Ermənistanın müdafiə qurumunun hərbçiləri ruhlandırmaq üçün hazırladığı videolarda səsləndirilən musiqi "Kubilay" filmindən götürülüb.

Müəllifi Mustafa Yazıcıoğlu olan musiqi əsərinin adı "Cəbhədə savaş"dır.

17
Teqlər:
Ermənistan, hərbi, musiqi
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

14
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

14
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15