Atatürkün Naxçıvanla bağlı arzusu həyata keçirilir - TBMM-in spikeri

© Photo : AZƏRTACПредседатель Великого национального собрания Турции Мустафа Шентоп
Председатель Великого национального собрания Турции Мустафа Шентоп - Sputnik Azərbaycan
Abunə olmaq
Mustafa Şentop: "Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi".

BAKI, 28 noyabr - Sputnik. Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri birmənalı  hərbi qələbə ilə geri almasından sonra ölkəmiz və Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb. 

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O, bu məsələdə Mustafa Kamal Atatürkün Naxçıvanla bağlı mövqeyini də yada salıb:

"Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq".

TBMM-in spikeri onu da qeyd edib ki, məqsəd Orta Asiyadakı türk cümhuriyyətləri ilə əlaqələri daha da genişləndirməkdir:

"Tarixi İpək Yolunu daima birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq". 

Xəbər lenti
0