Fransa bayrağı, arxiv şəkli

Fransa Senatından Azərbaycan əleyhinə xaincəsinə qərar

192
(Yenilənib 08:04 26.11.2020)
XİN: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

BAKI, 25 noyabr - Sputnik. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: “Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”.

192
Teqlər:
Dağlıq Qarabağ, Fransa
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15