Ermənistanın baş naziri Nikol Paşinyan, arxiv şəkli

Fransa Ermənistanın yanındadır Paşinyan

28
(Yenilənib 13:52 23.11.2020)
Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyd edib ki, Yerevana dərman, tibbi avadanlıq və ilkin tələbat malları gətirilib.

BAKI, 23 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Fransadan Yerevana göndərilən humanitar yardımı şərh edib. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan bununla bağlı öz "Twitter" səhifəsində paylaşım edib.

"Fransa Ermənistan və erməni xalqı ilə birlikdədir. Humanitar yardımı gətirən ilk təyyarə Yerevana çatıb", - deyə Paşinyan öz "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyd edib ki, Yerevana dərman, tibbi avadanlıq və ilkin tələbat malları gətirilib.

Lakot qeyd edib ki, humanitar yardım gətirən növbəti təyyarə noyabrın 27-də Yerevana eniş edəcək.

28
Teqlər:
Nikol Paşinyan, yardım, Fransa, Ermənistan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Türkiyənin F-16 qırıcısı, arxiv şəkli

Vaşinqtonla Ankara arasında yeni gərginlik səbəbi: rəsmi imtina gəldi

11
(Yenilənib 13:41 22.04.2021)
Memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə əlaqədar Türkiyənin "F-35" qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmən məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqondan olan mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlar 2007-ci ilin yanvarında "F-35"lərin istehsalı üzrə birgə memorandumu ləğv ediblər.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

11
Teqlər:
ABŞ, memorandum, Türkiyə, "F-35" qırıcıları
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə bu axşamdan "bağlanır"

7
(Yenilənib 12:44 22.04.2021)
Ötən cümə günü Türkiyədə pandemiya başlayandan bəri koronavirusa ən yüksək yoluxma qeyd alınıb. Bildirilir ki, həmin vaxt sutkalıq yoluxma 63 082, ölüm halları isə 346 hal olub.

BAKI, 22 aprel — Sputnik. Türkiyə hökuməti ölkədə koronavirusun yayılması fonunda cümə günündən bazar ertəsinə qədər sutkalıq komendant saatı tətbiq edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Aprelin 23-ü Türkiyədə Milli Müstəqillik və Uşaq günü dövlət bayramı ilə bağlı bu həftə aprelin 22-si saat 19:00-dan 26 aprel saat 05:00-a qədər küçəyə çıxma məhdudiyyətləri tətbiq olunacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən cümə günü Türkiyədə pandemiya başlayandan bəri koronavirusa ən yüksək yoluxma qeyd alınıb. Bildirilir ki, həmin vaxt sutkalıq yoluxma 63 082, ölüm halları isə 346 hal olub.

7
Teqlər:
karantin, Türkiyә, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Zaur Baxşəliyev

Tanınmış aparıcı verilişinin bağlanmasını Hüseynbala Mirələmovu lağa qoydu - VİDEO

0
(Yenilənib 13:49 22.04.2021)
Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılmışdı.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Zaur Baxşəliyev "Instagram" hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ZAUR GUNAY (@zaur_gunay)

Xatırladaq ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalı dörd min manat məbləğində cərimələnib.

0
Teqlər:
video, veriliş, teleaparıcı