Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Türkiyədə koronavirus peyvəndi pulsuz vurulacaq

© REUTERS / MURAD SEZERСитуация в связи с эпидемиологической обстановкой в Турции
Ситуация в связи с эпидемиологической обстановкой в Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə nazirinin sözlərinə görə, Çinin peyvənd istehsal edən "Sinovac" şirkəti ilə danışıqlar başa çatıb və ilkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilərək gətirilir

BAKI, 23 noyabr — Sputnik. Türkiyədə vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi pulsuz olacaq. Sputnik Azərbaycan "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, Çinin peyvənd istehsal edən "Sinovac" şirkəti ilə danışıqlar başa çatıb və ilkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilərək gətirilir.

Nazir bildirib ki, ilkin olaraq tibb işçiləri, daha sonra isə xroniki xəstəlikləri olan və digər risk qrupundakı şəxslər peyvənd olunacaqlar. F.Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb. O qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində xəstələr üçün "Favipiravir" dərman vasitəsi daha effektivdir. Nazir əlavə edib ki, "Favipiravir" dərman vasitəsinin Türkiyədə istehsalı üçün 4 firmaya icazə verilib. "Xüsusilə vətəndaşlar tibbi maskadan istifadə edib, sosial məsafəni gözləsələr, habelə mümkün olduqca evdə qalıb, ehtiyac olmadığı təqdirdə kütləvi yerlərə getməsələr, küçəyə çıxmaqla bağlı uzunmüddətli məhdudiyyətlərə gedilməyəcək", - deyə F. Qoca vurğulayıb.

Nazir koronavirusa qarşı yerli peyvəndlə bağlı nəticələrin qənaətbəxş olduğunu, son nəticənin 2021-ci ildə alınmasının mümkün olduğunu söyləyib. F. Qoca Türkiyədə koronavirusa yoluxanların müalicəsi üçün xəstəxanada yer çatışmazlığı ilə bağlı təlaşlanmağa ehtiyac olmadığını da söyləyib.

Xəbər lenti
0