G20 ölkələrinin liderləri, arxiv şəkli

G20 ölkələrinin liderləri zirvə görüşünün yekun bəyannaməsini qəbul ediblər

31
(Yenilənib 21:55 22.11.2020)
Liderlər "yeni koronavirus pandemiyasından sonra dünyanı güclü, sabit, balanslaşdırılmış və dolğun dövrün formalaşmasına doğru" aparmağa söz veriblər.

BAKI, 22 noyabr - Sputnik. G20 ölkələrinin liderləri sammitin yekun bəyannaməsini qəbul ediblər. Sənəddə liderlər "yeni koronavirus pandemiyasından sonra dünyanı güclü, sabit, balanslaşdırılmış və dolğun dövrün formalaşmasına doğru" aparmağa söz veriblər.

"Biz əvvəlki kimi bütün inkişaf edən və daha az inkişaf etmiş ölkələri onların COVID-19-un səhiyyə, iqtisadi və sosial sahələrdə qarşılıqlı əlaqəli nəticələrlə rastlaşdıqları bir zamanda, Afrikada və inkişaf edən kiçik ada dövlətlərində xüsusi problemlərin olduğunu etiraf edərək dəstəkləmək niyyətindəyik", - sənəddə deyilir.

G20-nin budəfəki sammiti yeni növ koronavirus pandemiyası səbəbindən onlayn formatda keçirilib. 

G20 dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü 20 dövlətini birləşdirən qrupdur. Bura ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Kanada, Braziliya, Argentina, Hindistan, Səudiyyə Ərəbistanı, İndoneziya, Avstraliya, Cənubi Koreya, Meksika, CAR daxildir.

31
Teqlər:
pandemiya, Koronavirus, COVID-19, bəyannamə, Rusiya, Türkiyə, Avropa Birliyi, ABŞ, G20 sammiti
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

4
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

4
Teqlər:
rejissor, film, Ancelina Coli
İnsan silueti, arxiv şəkli

On dil bilib, 70 ölkə gəzən kişi küçələrdə yaşayır

21
(Yenilənib 02:17 24.11.2020)
Ayxan Gözeri qeyd edib ki, Türkiyədə 3, Kolumbiyada 3, Amerikada 2, İsveçrədə və Almaniyada da 2 uşağı var.

BAKI, 24 noyabr — Sputnik. On dil bilib, 70 ölkə gəzən Türkiyə vətəndaşı parklarda yaşayır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 58 yaşlı Ayxan Gözeri uzun müddət xaricdə yaşayıb.

Atası tekstilçi olduğu üçün Ayxan da tekstil üzrə təhsil alıb və uzun müddət təhsili ilə əlaqədar İsveçrədə yaşayıb. Bir müddət sonra İtaliyaya köçən türk burada iki universitet bitirib.

Alman, ingilis, ispan, fransız, filippin və tayland dillərini yaxşı bildiyini deyən Ayxan Gözerinin sözlərinə görə, atası da 7 dil bilirmiş.

O qeyd edib ki, Türkiyədə 3, Kolumbiyada 3, Amerikada 2, İsveçrədə və Almaniyada da 2 uşağı var.

21

Azərbaycanın xarici ticarət göstəriciləri

0
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

0