David Tonoyan, arxiv şəkli

Ermənistanın Müdafiə naziri istefa verdi

72
(Yenilənib 13:28 21.11.2020)
Yeni nazir kimi adı hallanan Vaqarşak Arutunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

BAKI, 20 noyabr — Sputnik. Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib. Bu barədə Ermənistan KİV məlumat yayıb.

Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistan rəhbərliyi müdafiə naziri postuna Vaqarşak Arutunyanı gətirmək niyyətindədir. Arutunyan hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviridir.

Vaqarşak Arutunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Ermənistan rəsmiləri hələlik yayılan məlumatları şərh etmir.

72
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

24
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

24
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutmuşuq - Ərdoğan

8
Ərdoğan: Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutub.

BAKI, 28 noyabr — Sputnik. "Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan "islam düşmənçiliyi" virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq".

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.

Çıxışına "Türkiyədəki 83 milyon qardaşınızın salamlarını sizə çatdırmaq istəyirəm" sözləri ilə başlayan Ərdoğan bildirib ki, "islam düşmənçiliyi" virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir:

"Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan olan didərginləri, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatlarından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqda olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. "Qurani-Kərim"i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər".

Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

8
Teqlər:
Dağlıq Qarabağ, Liviya, Fələstin, Suriya, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
DİN əməkdaşları, arxiv şəkli

Koronavirus xəstələri evdən qaçmağa davam edir

0
(Yenilənib 15:10 28.11.2020)
Hacıqabuldan olan koronavirus xəstəsi Astara rayonuna gedib, yoluxmuş Füzuli sakini isə evdən çıxaraq həmkəndliləri ilə söhbət edib.

BAKI, 28 noyabr — Sputnik. Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB "Hacıqabul rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Hacıqabul şöbəsindən verilən məlumatına görə, reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü İsmayılzadə Əvəz Ayazxan oğlunun evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə isə rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.

0
Teqlər:
Füzuli, Astara, Hacıqabul, Koronavirus, epidemiya, COVID-19