Erməni hərbçisi, arxiv şəkli

Ermənilər itkin düşmüş əsgərlərini İran ərazisində axtarırlar

49
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan deyib ki, nə Ermənistanın Tehrandakı səfirliyi, nə İranın Yerevandakı diplomatik nümayəndəliyi İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləyib.

BAKI, 18 noyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olması ilə bağlı məlumatlara reaksiya verib. İstifadəçilər İranın Ermənistandakı səfirliyinin nömrələrini yazaraq qeyd ediblər ki, Martuni, Vayk (Ermənistanın rayonu) və Cəbrayılda xidmət etmiş əsgərlərin valideynləri səfirliyə müraciət edə bilərlər. 

Ermənistanın Müdafiə Nazirliyi isə İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir.

Sputnik Ermənistan-ın yaydığı məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.

Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.

Şuşan Stepanyan bildirib ki, məsələnin araşdırılması üçün idarənin əməkdaşları İrana müraciət ediblər. Ancaq nə Ermənistanın Tehrandakı səfirliyi, nə İranın Yerevandakı diplomatik nümayəndəliyi İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləyib.

49
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

1
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

1
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

5
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

5
Teqlər:
rejissor, film, Ancelina Coli