Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, müxalifət olan Vətən Partiyasının sədri Artur Vanesyan, arxiv şəkli

Nikol Paşinyana sui-qəsd etməkdə günahlandırılan sabiq MTX rəisi azadlığa buraxılıb

22
(Yenilənib 09:52 16.11.2020)
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə - baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.

BAKI, 15 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından azadlığa buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, azadlığa çıxan Vanetsyan etmədiyi cinayətlərdə ittiham edildiyini bildirib: 

"Məni etmədiyim cinayətlərdə ittiham etdilər. Siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər". 

Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə - baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.

Vanesyan dünən MTX-nın İstintaq departamentinə çağırılaraq orada həbs edilmişdi.

Artur Vanesyan 2018-2019-cu illərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub.

22
Lüğət oxuyan şəxs

Başa çatmaqda olan ilin ən məşhur sözü elan edildi

8
(Yenilənib 13:36 30.11.2020)
Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.

BAKI, 30 noyabr — Sputnik. "Vebster lüğəti" kimi məşhurlaşan Amerikanın Merriam-Webster ingilis dili lüğəti 2020-ci ilin ən məşhur sözünü müəyyən edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu söz – "pandemiya" və ya "pandemik"dir.

"Bəzən bir kəlmə bütöv bir dövrü xarakterizə edir və bu müstəsna, son dərəcə çətin ilin sözünü müəyyən etmək üçün araşdırma apardığımız vaxt bir kəlmə dərhal ön plana çıxdı. Beləliklə, 2020-ci ildə bizim onlayn-lüğtdə ən çox axtarılan söz – "pandemic" ("pandemiya" və ya "pandemik") olub, – deyə "Webster lüğəti"nin saytındakı məlumatda bildirilir.

O da qeyd olunur ki, axtarış sorğularında ilk dəfə 2020-ci ilin fevral ayının 3-də bu sözün kəskin artımı müşahidə olunub. Ümumilikdə isə ABŞ-da ilk COVID-19 virusuna yoluxma hadisəsinin qeydə alındığı 20 yanvar tarixində insanlar lüğətdən "pandemiya" sözünü mənasını axtarmağa başlayıblar.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (DST) martın 11-də yeni koronavirus infeksiyasının yayılmasını pandemik vəziyyət kimi qiymətləndirib. DST-in son məlumatlarına görə, artıq bütün dünyada 61 milyondan çox insan bu virusa yoluxub, 1,4 milyondan çox insan isə COVID-19-a qurban gedib.

Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.

8
Teqlər:
pandemiya, yoluxma, COVID-19, lüğət, söz
ABŞ əsgərləri

Amerikalı əsgərlərə "ortabab" qiymət qoydular

19
(Yenilənib 00:36 30.11.2020)
Müəlliflər təxmin edirlər ki, Amerika hökuməti yaxın vaxtlarda diqqəti hərbi xərclərə deyil, sosial proqramlara yönəltməyi planlaşdırır

BAKI, 30 noyabr - Sputnik. Amerikanın The Daily Signal jurnalı yazır ki, öz maraqlarını hərtərəfli qorumaq üçün ABŞ-ın gücü yetməyə bilər.

Nəşr müvafiq nəticəyə "İrs" fondundan aldığı "ABŞ-ın 2021-ci il üçün hərbi qüvvə indeksi" barədə məlumatları analiz edərək gəlib. Bu indeks ölkənin milli maraqlarını müdafiə etməyə hazırlıq, eləcə də xaricdən olan təhlükələrə qarşı müqavimət səviyyəsini əks etdirir.

Analizdən belə qənaətə gəlmək olur ki, dəniz piyadaları korpusu ilə HHQ, eləcə də quru qoşunları "ortabab" qiymətə layiqdirlər. Sonuncuların döyüş qabiliyyəti isə ümumiyyətlə "zəif" kimi dəyərləndirilib. Qiymətləndirməyə görə, ABŞ-ın hərbi-dəniz qüvvələri də ölkənin maraqlarını qoruya bilməyəcək səviyyədədir.

Müəlliflər təxmin edirlər ki, Amerika hökuməti yaxın vaxtlarda diqqəti hərbi xərclərə deyil, sosial proqramlara yönəltməyi planlaşdırır. Bu isə, müəlliflərin fikrincə, milli təhlükəsizlik sahəsindəki strategiyanı gerçəkləşdirməyə mane olacaq.

19
Teqlər:
qiymətləndirmə, HDQ, HHQ, əsgər, ABŞ
Dağıdılmış şəhər, arxiv şəkli

Ulu öndər onları qətliamdan xilas etdi, İlham Əliyev isə torpaqlarına qovuşdurdu

1
(Yenilənib 14:25 30.11.2020)
Səyyarə Mircəfəroova: "Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. 1993 cü il, oktyabrın 29-u... Zəngilan erməni silahlı qüvvələri tərəfindən mühasirədədir. On minlərlə insan ölüm təhlükəsi ilə üz-üzədir. Hamı həyəcanla hadisələrin axarını gözləyir. Uşaqların çığırtısı, qadınların qorxu dolu baxışları...

Hamı ümidini Allaha bağlayıb. Araz sahili Zəngilan sakinləri ilə dolub...

Nə olacaq, ay Allah? Bizidəmi ikinci Xocalı qətliamı gözləyir?

Aradan 27 il keçsə də, zəngilanlılar həmin günləri xatirələrindən silə bilmir. 1993-cü ilin oktyabr ayı onların qan yaddaşına çevrilib...

Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova Zəngilanı ürək ağrısı ilə xatırlayır. Uşaqlıq, gənclik illəri Zəngilanda keçən Səyyarə ana, deyir ki, rayonu tərk edəndə 31 yaşı olub.

© Sputnik / Irade JELIL
Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova

"Zəngilan rayonu mənim əbədi olaraq ürəyimdə iz salıb. Mən bu torpaqda böyümüşəm, orada addım atmışam, bütün arzularım Zəngilanla bağlı olub. Rayonumuz iki həftə müharisədə qaldı. Əgər Araz çayını dayandırıb, bizi keçirməsəydilər, Zəngilanda ikinci Xocalı qətliamı baş verə bilərdi. Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik. Həmin vaxt mənim üç övladım, iki oğlum, bir qızım vardı".

Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub və həmin vaxt Araz çayı dayandırlan zaman birinci İrana o keçib. Seyid Ərəb kişi illər boyu Zəngilan həsrəti ilə yaşayıb və ömrünün son günlərində belə, o torpaqlara qayıtmaq arzusunu dilə gətirib.

Zəngilandan qaçqın düşən ailə Bakıda Xətai rayonunda uşaq bağçasında məskunlaşıb və uzun illər burada yaşayıb.

Müsahibimiz bildirir ki, illər boyu qaçqın damğası ilə yaşamaq asan olmayıb. Bu damğanı hər yerdə hiss ediblər: "Utanırdıq, sıxılırdıq qaçqın sözündən".

Səyyarə xanım, dnaışdıqca göz yaşları süzülür. Qaçqınlığın ağrılı-acılı günlərini dilə gətirirdi.

Bu gün isə bütün zəngilanlılar kimi o da qürurludur.

"Çox qürurluyam, sevinirəm ki, artıq qaçqın deyiləm. Daha heç kim mənə qaçqın deyə bilməyəcək. Daha özümü damğalı kimi hiss etmirəm" - deyən Səyyarə Mircəfərova səbrsizliklə torpaqlarına gedəcəyi günü gözləyir.

Deyir heç olmasa bircə dəfə Mincivanın torpağını görsün, havasını ciyərlərinə çəksin.

© Sputnik / Irade JELIL
Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub

"Vətən həsrəti ağırdır, qızım. Kaş o yerlərə gedə biləydim, kaş heç olmasa torpağın qoxusunu hiss edə biləydim. Görəsən evimiz dururmu? Görəsən heç olmasa daşı daş üstə qalıbmı? Bəzən gecələr gəlir gözümün önünə torpağım, vətənim, yurdum. Yadıma gəlir əvvəllər bir qarğış vardı, kimsə kimisə qarğıyanda deyərdi ki, "yurdun, yuvan dağılsın"... Yurdumuzu, yuvamızı dağıdanların, yurdu-yuvası dağılsın..."

Xatırladaq ki, Zəngilanın Mincivan qəsəbəsi Araz çayının sahilində yerləşir. Burada əsasən 1795-1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşmışdı.

Mincivan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Mincivan qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

1
Teqlər:
Heydər Əliyev, Xocalı qətliamı, Qarabağın işğalı, işğal, Zəngilanın azad olunması