Ərdoğan: Tək millət olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq

© © Presidential Press Office/Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan deyib ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın zəfəri ilə bağlı bu ölkəyə səfər edəcək.

BAKI, 15 noyabr - Sputnik. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın zəfəri ilə bağlı ölkəmizə səfər edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında bildirib.

Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib.

Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək deyib ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıbsa, Kipr türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq:

"Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı. Hazırda onlar öz torpaqlarına yavaş-yavaş dönməyə başlayır. Bizlər tək ürək, tək dilək olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Bizi bu şərəfli günlərə gətirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Xatırladaq ki, Ersin Tatar 23 oktyabrın 2020-ci il tarixində keçirilən seçkilərdə Şimali Kipr Türk Respublikasının beşinci prezidenti seçilib. 

Xəbər lenti
0