CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ TikTok-a 15 gün əlavə vaxt verdi

© REUTERS / Danish SiddiquiИконка на экране смартфона социальной сети TikTok
Иконка на экране смартфона социальной сети TikTok - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur sosial media platforması bu müddət ərzində ya səhmlərinin bir hissəsini ABŞ şirkətlərinə satmalı, ya da bu ölkədə fəaliyyətini dayandırmalıdır.

BAKI, 15 noyabr — Sputnik. ABŞ rəhbərliyi TikTok tətbiqetməsinin sahibi olan Çinin texnologiya şirkəti ByteDance-a bu ölkədəki fəaliyyəti ilə bağlı qərar qəbul etməsi üçün 15 gün əlavə vaxt verib.

Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin sözçüsü Monika Kroulinin yaydığı yazılı açıqlamada bildirilir. ABŞ Prezidenti Donald Trampın Çinin ByteDance texnologiya şirkətinə Amerikadakı əməliyyatlarını 90 gün içərisində ləğv etmək üçün 14 avqustda fərman imzaladığını xatırladan Kroulu qeyd edib ki, Xarici İnvestisiyalar Komitəsinin bu şirkətə verdiyi möhlət noyabrın 12-də başa çatmalı idi. Ancaq müddətin 15 gün daha uzadılmasına qərar verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqust ayında səhmlərinin bir hissəsini Amerika şirkətlərinə satmasa, Çinin TikTok sosial media platformasının qadağan olunacağını açıqlamışdı. Buna səbəb kimi isə ABŞ-ın milli təhlükəsizliyinin təhdid altında olduğunu göstərmişdi.

Xəbər lenti
0