SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Makron Paşinyana zəng etdi, Qarabağla bağlı vədlər verdi

© AP Photo / Gonzalo FuentesПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Makron, həmçinin Paşinyanı Fransa tərəfinin Ermənistana humanitar yardım göstərmək üçün səylərin təşkili ilə bağlı cümə axşamı keçirilən görüş barədə məlumat verdi.

BAKI, 13 noyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Sputnik Ermənistan xəbər verir ki, telefon danışığı zamanı Makron Dağlıq Qarabağda hərbi əməliyyatların sona çatmasından razıdır.

Fransa prezidenti eyni zamanda Qarabağ probleminin ədalətli, uzunmüddətli və bütün tərəflər üçün məqbul sayılan siyasi həll yollarını axtarmağa hazır olduğunu bildirdi.

Makron, həmçinin Paşinyanı Fransa tərəfinin Ermənistana humanitar yardım göstərmək üçün səylərin təşkili ilə bağlı cümə axşamı keçirilən görüş barədə məlumat verdi.

Xəbər lenti
0