Ankarada  epdimioloji vəziyyət

Hər 10 nəfərdən 4-ü 2 gün ərzində eyni maskanı taxır

35
(Yenilənib 23:06 12.11.2020)
Sorğuda iştirak edənlərin yarısı peyvəndə ümid bəslədiklərini, peyvənd hazır olduqdan sonra peyvəndlənmək üçün müraciət edəcəklərini deyirlər.

BAKI, 12 noyabr — Sputnik. Türkiyədə aparılan araşdırma zamanı bəlli olub ki, hər 10 nəfərdən 4-ü gün ərzində eyni maskanı taxır. Onlayn araşdırma mərkəzi olan "Adgager" tərəfindən aparılan araşdırma nəticəsində belə bir nəticə ortaya çıxıb. Bəlli olub ki, hər 3 nəfərdən 1-i gün ərzində maskasını yuyaraq istifadə edir. Bundan başqa, bəlli olub ki, böyük əksəriyyət, təxminən sorğuda iştirak edənlərin 93 faizi cərrahi maskalara üstünlük verirlər.

Sorğuda iştirak edənlərin yarısı peyvəndə ümid bəslədiklərini, peyvənd hazır olduqdan sonra peyvəndlənmək üçün müraciət edəcəklərini deyirlər.

Qeyd edək ki, bu sorğuda Türkiyənin 12 bölgəsindən 2 min 553 nəfər iştirak edib.

35
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

13
(Yenilənib 16:26 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Fəridin səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

13
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər