Səlcuq Bayraqdar, arxiv şəkli

Səlcuq Bayraqdar Azərbaycan xalqını təbrik etdi

39
(Yenilənib 13:04 10.11.2020)
"Şəhidlərimizin ruhu şad olsun. Rəbbim Türkün şöhrətini ucaltsın. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

BAKI, 10 noyabr — Sputnik. Türk Pilotsuz Uçuş Aparatı (PUA) Bayraktar TB2-nin yaradıcısı, türkiyəli iş adamı, mühəndis və "Baykar Makina" şirkətinin ortaq sahibi Səlcuq Bayraqdar Azərbaycan xalqını qazandığı qələbə münasibətilə təbrik edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, o, öz Facebook səhifəsindən bu münasibətlə aşağıdakı sözləri yazıb: "Qələbəni nəsib edən də, mütləq zəfər sahibi də Allahdır. Şəhidlərimizin ruhu şad olsun. Rəbbim Türkün şöhrətini ucaltsın. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

39
Teqlər:
təbrik, Azərbaycan, Türkiyə, Səlcuq Bayrakdar, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

8
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

8
Erməni hərbçinin çəkmələri, arxiv şəkli

Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaydı - Əsirlər barədə videolar saxtadır

32
(Yenilənib 14:10 24.11.2020)
Müxtəlif ölkələrdə çəkilmiş bu görüntülərin yayılması Ermənistan cəmiyyətində çaxnaşmaya səbəb olur və ictimai düşüncəyə mənfi təsir göstərir.

BAKI, 24 noyabr — Sputnik. "Sosial şəbəkələrdə erməni əsirlər haqqında yayılmış videomateriallar Azərbaycan tərəfindən təşkil edilib".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Son günlər sosial şəbəkələrdə əsir hərbçilər və mülki vətəndaşlarla bağlı naməlum mənşəli video materiallar geniş yayılıb. Əldə edilmiş məlumatlara görə, həmin videoların Qarabağda hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur. Müxtəlif ölkələrdə çəkilmiş bu görüntülərin yayılması Ermənistan cəmiyyətində çaxnaşmaya səbəb olur və ictimai düşüncəyə mənfi təsir göstərir", - deyə məlumatda qeyd edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti vətəndaşları belə videoları paylaşmaqdan çəkinməyə və rəsmi mənbələrin verdiyi məlumatlara istinad etməyə çağırır.

32
Teqlər:
Ermənistan, Qarabağ müharibəsi, əsir
Milli Məclisdə deputatların boş yerləri, arxiv şəkli

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
İclasda "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 26-da keçiriləcək iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

0