Türkiyədə lirəyə və xəzinəyə görə yeni şəxs cavabdeh olacaq

© AFP 2023 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş Xəzinə və Maliyyə Naziri Berat Albayrak türk lirəsi ciddi dəyər itirdikdən sonra sağlamlıq problemlərini əsas gətirərək noyabrın 8-də istefa vermişdi.

BAKI, 10 noyabr — Sputnik. Türkiyədə Xəzinə və Maliyyə naziri vəzifəsinə yeni təyinat olub.

Sputnik Azərbaycan “Resmi gazete”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əmr imzalayıb.

Xatırladaq ki, keçmiş Xəzinə və Maliyyə Naziri Berat Albayrak türk lirəsi ciddi dəyər itirdikdən sonra sağlamlıq problemlərini əsas gətirərək noyabrın 8-də istefa vermişdi.

Türkiyə Prezidenti Albayrakın yerinə Lütfi Elvanı təyin edib.

Berat Albayrak həm də Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Xəbər lenti
0