Tokio səmasında təyyarə, arxiv şəkli

Yaponiya zibillərdən təyyarələrdə yanacaq kimi istifadə edəcək

17
(Yenilənib 17:46 07.11.2020)
Yaponiya Hava Yolları Şirkəti bioloji yanacaqdan istifadəni daha əvvəl sınaqdan keçirib və 2022-ci ildən etibarən bundan mütəmadi olaraq istifadə etmək istəyir

BAKI, 8 noyabr — Sputnik. Məişət tullantılarından 2022-ci ildən etibarən Yaponiyada təyyarələrdə yanacaq kimi istifadə ediləcək.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Yaponiya təyyarələrdə məişət tullantılarının emalından əldə olunan bioloji yanacaqdan istifadə edəcək. Yaponiya Hava Yolları Şirkəti bioloji yanacaqdan istifadəni daha əvvəl sınaqdan keçirib və 2022-ci ildən etibarən bundan mütəmadi olaraq istifadə etmək istəyir.

Yaponiya bu işə görə 2018-ci ildə 8,6 milyon dollar investisiya ayırıb. Yaponiyanın digər aviaşirkətləri də 2023-cü ildən etibarən bioloji yanacaqdan istifadə edəcək.

Qeyd edək ki, Yaponiyanın Baş Naziri Suga Yoşihi ötən ay deyib ki, Yaponiya 2050-ci ilə qədər "Karbonsuz toplum" hədəfinə çatacaq.

 

17
Teqlər:
təyyarə, aviasiya, zibil, yanacaq, bioloji, Yaponiya
Ballistik raket buraxılışı, arxiv şəkli

Türkiyə ilə sərhəddə ballistik raketləri kim atıb?

4
Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fərat qalxanı” bölgəsinə daxildir.

BAKI, 6 mart — Sputnik. Suriyanın Türkiyə ilə sərhəddində yerləşən ərazilərinə ballistik raketlər atılıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, dünən gecə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Cerablus və Bab bölgələrinə ballistik raket hücumları edilib və nəticədə 3 mülki şəxs ölüb, 28 mülki şəxs isə yaralanıb.

Hücumların baş verdiyi bölgələrdə çoxlu sayda tankerin yanması nəticəsində şiddətli partlayışlar baş verib. Həmin ərazilərdə kustar üsulla işləyən neft emalı qurğuları var imiş.

Ballistik raketlərin kim tərəfindən atıldığı hələ müəyyənləşdirilməyib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları göndərilib. Ölənlərin və yaralananların sayının artması istisna edilmir.

Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsinə daxildir. 

4
Yerevanda etirazlar, arxiv şəkli

Ermənistan seçim qarşısında: bu ölkə uzun müddət özünə gələ bilməyəcək

8
Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri ölkənin gələcəyi deyil, sadəcə hakimiyyət maraqlandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxış edərkən Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid etdiklərini bildirib. Ərdoğan Ermənistanda baş verən proseslərə də toxunub və xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etməyəcəklərini deyib.

Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın Kəlbəcər şəhərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra Türkiyə Ermənistan sərhədləri bağlanıb.

Müxtəlif dövrlərdə Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsi gündəmə gəlsə də, Ermənistanın Türkiyəyə ərazi iddiaları və Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti sərhəd məsələsinin həllinə mane olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da yerli və xaric media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirib. Prezident deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır.

Sputnik Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi və sərhədlərinin açılması ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Politoloq deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi 2009-cu ildə Sürix protokolları ilə gündəmə gəlmişdi, ancaq o zaman Azərbaycan iqtidarının sərgilədiyi birmənalı mövqe və Türkiyənin Azərbaycana verdiyi dəyər, onun maraqlarını nəzərə alması sərhədlərin açılmasını təxirə saldı:

“Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış 10 noyabr bəyanatında region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi təsbit olunub. Türkiyə tərəfi bəyanatda ifadə olunan bu məqamı müsbət qarşılayır. Onlar bildirir ki, ermənilər Qarabağa olan iddialarından əl çəkərlərsə, sərhədlərin açılması istiqamətində hər hansı problem yaşanmayacaq. Qeyd etməliyik ki, bu müharibədə məğlub olmuş Ermənistana verilmiş son şansdır. Ermənistan uzun illərdir iqtisadi məngənədə sıxışıb qalıb. Bu ölkənin iqtisadi kommunikasiyalara çıxışı İran vasitəsilə olub. Bu gün İran özü də şimal-cənub nəqliyyat dəhlizinin açılmasında maraqlıdır. Ehtimallar var ki, yaxın bir ay ərzində İran Avrasiya iqtisadi birliyinə qoşula bilər. Güman edirəm ki, İran bu mənada Paşinyan iqtidarına müəyyən təsirlər edə bilər. Ermənistanda yaşanan qeyri-sabitlik region ölkələri tərəfindən də pislənib. Bu da göstərir ki, Türkiyə Paşinyan iqtidarı ilə əməkdaşlığın qurulmasında maraqlıdır. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi isə əldə olunmuş üçtərəfli razılığın icrasını sual altına qoya bilər. Bu qüvvələr müharibə ritorikasından çıxış etsələr də, reallıq ondan ibarətdir ki, Ermənistanın nə hərbi, nə də iqtisadi gücü yeni müharibə üçün yetərlidir. Azərbaycan 44 günlük müharibədə Ermənistana elə bir zərbə vurub ki, bu ölkə uzun müddət özünə gələ bilməyəcək”.

Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır:

“Bu mənada Rusiya da digər region dövlətləri kimi Paşinyanın keçid dövrü üçün hakimiyyətdə qalmasında maraqlıdır. Ötən il Ermənistan tərəfindən Sevr müqaviləsinin müddəaları yenidən gündəmə gətirildi. Ermənistan həmin müqavilə ilə bağlı iddialarından geri çəkilməsini bildirməlidir. Əgər bu baş verməzsə, Türkiyə Ermənistanla hər hansı əməkdaşlığa getməyəcək. Bütün hallarda görünən odur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilk planda dayanır. Qarabağın statusu ilə bağlı məsələlər kənarda saxlanılır. Amma düşünürəm ki, Rusiya bölgədə təsir imkanları qorumaq üçün manevrlər edə bilər”.

8