Nikol Paşinyan, arxiv şəkli

Sosial şəbəkə Paşinyanı "devirdi", köməkçisi isə yalandır deyir

166
(Yenilənib 20:59 07.11.2020)
Dağlıq Qarabağda münaqişənin alovlanması fonunda sosial şəbəkələrin Ermənistan seqmentində Paşinyanın istefası barədə xəbərlər yayılıb.

BAKI, 7 noyabr - Sputnik. Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan onun istefası barədə xəbərləri dezinformasiya adlandırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Gevorqyan Facebook-da yazıb: "Ermənistanın baş naziri Nikol Paşinyanın istefası barədə şayiələr dezinformasiyadır və həqiqətə uyğun deyil".

Dağlıq Qarabağda münaqişənin alovlanması fonunda sosial şəbəkələrin Ermənistan seqmentində Paşinyanın istefası barədə xəbərlər yayılıb.

166
Teqlər:
sosial şəbəkələr, istefa, Nikol Paşinyan, baş nazir, Ermənistan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

17
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

17
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda müharibədən sonra gizlədilən sirr - altından çıxa bilməyəcəklər

48
Türkiyə KİV-i yazır ki, "CNN", "Al Jazeera" və "The Guardian" kimi prestijli media qurumlarında müxbir olan Neil Hauer Ermənistanda bu rəqəmin 10 minə çata biləcəyinin də istisna olunmadığını qeyd edir.

BAKI, 26 noyabr — Sputnik. Ermənistanın Qarabağda gedən müharibə zamanı itkilərinin sayı 10 minə qədər yüksələ bilər. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Milliyet" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Ermənistan tərəfi hələ xeyli sayda hərbçinin itkin düşdüyünü bildirir. Artıq bu ölkədə Qarabağ müharibəsi zamanı erməni hərbçilər arasında itkilərin 8 min ola biləcəyinə dair fikirlər irəli sürülür.

Türkiyə KİV-i yazır ki, "CNN", "Al Jazeera" və "The Guardian" kimi prestijli media qurumlarında müxbir olan Neil Hauer Ermənistanda bu rəqəmin 10 minə çata biləcəyinin də istisna olunmadığını qeyd edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

48
Teqlər:
Qarabağ müharibəsi, müharibə, Ermənistan
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

0
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

0
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB