Məşhur tennisçi evini anası ilə birlikdə satır

© AP Photo / Hendrik SchmidtBoris Bekker, arxiv şəkli
Boris Bekker, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daşınmaz əmlak agentliyində müqavilənin bu bəndi haqda açıqlama verməkdən imtina ediblər, qeyd olunub ki, villanın satışının gözəçarpmadan aparılması istənilib ki, artıq-əskik suallar üzə çıxmasın

BAKI, 7 noyabr — Sputnik. Məşhur alman tennisçi, vaxtilə dünyanın birinci raketkası olan Boris Bekker villasını 85 yaşlı anası Elvira Bekkerlə birlikdə satışa çıxarıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RNZ yazır.

Məlumata görə, tennisçinin doğma şəhəri Laymanda yerləşən evin sahəsi 449 kvadratmetr, ərazisi isə 825 kvadratmetrdir. Keçmiş idmançı daşınmaz əmlaka görə 1,97 milyon avro qazanmaq niyyətindədir. Ancaq müqavilədə bir bənd var: villanın yeni sahibi Bekkerin anasını ölənədək evdən çıxara bilməz.

Daşınmaz əmlak agentliyində müqavilənin bu bəndi haqda açıqlama verməkdən imtina ediblər, qeyd olunub ki, villanın satışının gözəçarpmadan aparılması istənilib ki, artıq-əskik suallar üzə çıxmasın.

Bildirilir ki, Bekker 2017-ci ildə müflis olduğuna dair məhkəmə işində həmin evi mülkləri siyahısında göstərməyib. İstintaqın versiyasına görə, keçmiş idmançının Böyük Britaniya və Almaniyada bir neçə daşınmaz əmlakı, bank hesabları və biznesdə payı var. Oni 7 il həbs cəzası gözləyir.

Xəbər lenti
0