CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsraildə erməni terrorunun qurbanları yad edildilər

© Photo : The State Committee on Work with Diaspora of ARİsraildə erməni terrorunun qurbanları yad edilib
İsraildə erməni terrorunun qurbanları yad edilib  - Sputnik Azərbaycan
Abunə olmaq
Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib.

BAKI, 7 noyabr — Sputnik. İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında “Xocalı-613” bağında işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad ediliblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə azərbaycanlılarla yanaşı, İsraildəki digər icmaların nümayəndələri və yerli sakinlər də iştirak ediblər. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Qarabağda hərbi əməliyyatların başlamasından artıq 40 gün keçdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Daha sonra həlak olan dinc sakinlərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Photo : The State Committee on Work with Diaspora of ARİsraildə erməni terrorunun qurbanları yad edilib
İsraildə erməni terrorunun qurbanları yad edildilər - Sputnik Azərbaycan
İsraildə erməni terrorunun qurbanları yad edilib

Terror qurbanlarını anmaq üçün Xocalı abidəsinin önünə gül dəstələri və çələnglər düzülüb. Tədbirdə iştirak edən Kiryat Bialik şəhər merinin müavini Nyuma Raçevski yəhudi xalqının haqlı mübarizədə daim Azərbaycanı dəstəkləyəcəyini bildirib. Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib. Əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını tutan tədbir iştirakçıları şəhər sakinlərinə erməni vandalizmini əks etdirən bukletlər paylayıblar.

Xəbər lenti
0