BAKI, 7 noyabr — Sputnik. Son sutkada Ermənistanda 2 476 nəfər koronavirusa yoluxub. Sputnik Azərbaycan worldmeters.com-a istinadən xəbər verir ki, Ermənistanda virusa yoluxanların sayı 104 249-a yüksəlib. Son sutkada COVID-19-dan ölənlərin sayı isə 27 olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 1533-ə çatıb.
Yoluxanlardan 63 258 nəfəri isə sağalıb. Qeyd edək ki, hazırda Ermənistanda aktiv koronavirus xəstələrinin sayı 39 min 458-dir.