Bir vaxtların turizm cənnətində vulkan aktivləşib, əhali təxliyə edilir

© © Antara Foto / Sastrawan Ginting via REUTERSSumatra adasında vulkan püskürməsi
Sumatra adasında vulkan püskürməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Cokyakarta Vulkanologiya Mərkəzinin rəhbəri Hanik Humayda əhaliyə xəbərdarlıq edərək, Merapi vulkanının istənilən an püskürə biləcəyini bildirib.

BAKI, 7 noyabr — Sputnik. İndoneziyanın Cokyakarta bölgəsində Merapi vulkanının aktivləşməsinə görə fövqəladə vəziyyət elan edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yerli hökumət püskürmə baş verdikdən sonra fəsadların aradan qaldırılması üçün vəsait ayrımağı planlaşdırır.

Artıq Cokyakartada yaşlıların, hamilə qadınların, uşaqların və əlillərin təxliyəsinə başlanılıb. Vulkandan 5 km-likdə olan ərazilərdə turistik məkanlar fəaliyyətini dayandırıb. Cokyakarta Vulkanologiya Mərkəzinin rəhbəri Hanik Humayda əhaliyə xəbərdarlıq edərək, Merapi vulkanının istənilən an püskürə biləcəyini bildirib.

Xəbər lenti
0