Bayraqdar yeni döyüşçüsünün videogörüntülərini paylaşdı

© AFP 2023 / BIROL BEBEKТурецкий военный беспилотник, фото из архива
Турецкий военный беспилотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səlcuq Bayraqdar Türkiyənin "Baykar Makina" şirkəti tərəfindən kütləvi istehsalına başlanacaq ağır hücum dronunun yeni modelinin sınaqlarının videosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

BAKI, 6 noyabr — Sputnik. Türk Pilotsuz Uçuş Aparatı (PUA) olan Bayraktar TB2-nin yaradıcısı, türkiyəli iş adamı, mühəndis və "Baykar Makina" şirkətinin ortaq sahibi Səlcuq Bayraqdar yeni ağır hücum dronu olan "Akıncı"nın sınaqdan keçirilməsi ilə bağlı video paylaşıb.

"Çorlu hava limanında "Bayraktar Akıncı" prototipli PUA sistemini sınaqdan keçirdik. Dron uzaq meydana eniş testlərini gerçəkləşdirdi. Əvvəl meydana yaxınlaşaraq alçaqdan uçdu, sonrakı sınaqda isə təkərlərini yerə toxunduraraq yenidən havaya qalxdı. İndi də geri qayıdıb Çorlu meydanına enəcək. Vətənimizə, millətimizə xeyirli-uğurlu olsun!", – deyə Bayraqdar paylaşdığı videoda bildirib.

Qeyd edək ki, "Bayraktar Akıncı" –Türkiyənin Baykar Makina şirkəti tərəfindən kütləvi istehsalına başlanacaq ağır hücum dronunun yeni modelidir. Bu model üzərində 2018-ci ildən iş aparılır.

Bayraqdarın dronlarından Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsində uğurla istifadə edir.

Xəbər lenti
0