Viza, arxiv şəkli

Çin Rusiyadan viza ilə gələnləri ölkəyə buraxmayacaq

33
(Yenilənib 22:46 05.11.2020)
Çinin Rusiyadakı səfirlikləri (konsulluqları) adıçəkilən şəxslərə "səhhətləri haqda arayışlar" verməyəcək

BAKI, 5 noyabr - Sputnik. Vizası və yaşayış yeri haqda izni olan şəxslərin Rusiyadan Çinə buraxılması müvəqqəti olaraq dayandırılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumat ÇXR-in Rusiyadakı səfirliyinin saytında yerləşdirilib.

"Epidemioloji vəziyyətlə əlaqədar olaraq qüvvədə olan, iş, şəxsi məsələlərin həlli və ailəyə qovuşmaq məsələlərini ehtiva edən Çin vizasına və yaşayış izninə malik şəxslərin ölkəyə buraxılması müvəqqəti olaraq dayandırılır. Çinin Rusiyadakı səfirlikləri (konsulluqları) adıçəkilən şəxslərə "səhhətləri haqda arayışlar" verməyəcək", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu tədbirlər diplomatik və xidməti, nəzakət vizaları və C kateqoriyalı vizası olanlara şamil edilmir. Təcili olaraq Çinə getməli olan əcnəbilərsə ÇXR-in Rusiyadakı səfirliklərinə (konsulluqlarına) yaxınlaşa bilərlər. 2020-ci il noyabrın 3-dən sonra verilən vizalarla Çinə getməyə icazə verilir.

"Bu, müvəqqəti tədbirlərdir və Çin tərəfi hazırkı epidemioloji situasiyadan çıxış edərək buna məcburdur. Epidemioloji situasiyaya müvafiq olaraq Çin tərəfi tədbirləri korrektə edərək əlavə məlumat verəcək", - deyə səfirlikdən bildiriblər.

33
Teqlər:
viza, Rusiya, Çin
İnsan silueti, arxiv şəkli

On dil bilib, 70 ölkə gəzən kişi küçələrdə yaşayır

19
(Yenilənib 02:17 24.11.2020)
Ayxan Gözeri qeyd edib ki, Türkiyədə 3, Kolumbiyada 3, Amerikada 2, İsveçrədə və Almaniyada da 2 uşağı var.

BAKI, 24 noyabr — Sputnik. On dil bilib, 70 ölkə gəzən Türkiyə vətəndaşı parklarda yaşayır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 58 yaşlı Ayxan Gözeri uzun müddət xaricdə yaşayıb.

Atası tekstilçi olduğu üçün Ayxan da tekstil üzrə təhsil alıb və uzun müddət təhsili ilə əlaqədar İsveçrədə yaşayıb. Bir müddət sonra İtaliyaya köçən türk burada iki universitet bitirib.

Alman, ingilis, ispan, fransız, filippin və tayland dillərini yaxşı bildiyini deyən Ayxan Gözerinin sözlərinə görə, atası da 7 dil bilirmiş.

O qeyd edib ki, Türkiyədə 3, Kolumbiyada 3, Amerikada 2, İsveçrədə və Almaniyada da 2 uşağı var.

19
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

8
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

8
Teqlər:
dəstək, proqram, teatr

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

0
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0