Bayraktar TB2

Köpəkbalığı görünüşlü "hava döyüşçüləri" - FOTO

109
(Yenilənib 19:18 05.11.2020)
Bayraktar TB2-nin ilk uçuşu 2014-cü ildə baş tutub. O, uçuş vaxtına görə rekord vurub - 8 km hündürlükdə 24 saat 34 dəqiqə uçub

BAKI, 5 noyabr — Sputnik. Türkiyəli iş adamı, mühəndis və "Baykar Makina" şirkətinin ortaq sahibi Səlcuq Bayraqdar öz Facebook hesabında Bayraktar TB2 dronunun yeni şəkillərini paylaşıb.

Sputnik Azərbaycan bildirir ki, dronlar elə rənglənib ki, köpəkbalığını xatırladır.

Bayraktar TB2 "Baykar Makina"nın istehsal etdiyi operativ-taktiki, uzunmüddətli uçuş qabiliyyətinə malik pilotsuz uçan aparatdır.

Onun layihələndirilməsi 2000-ci illərdə başlanıb. TB2 2009-cu ildə istehsal olunmuş TB1-in əsasında hazırlanıb. TB2-nin ilk uçuşu 2014-cü ildə baş tutub. O, uçuş vaxtına görə rekord vurub - 8 km hündürlükdə 24 saat 34 dəqiqə uçub.

Türkiyə ordusunun bir sıra antiterror əməliyyatlarında istifadə olunur.

109
Teqlər:
Səlcuq Bayrakdar, PUA
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

0
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

0
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl
Lüğət oxuyan şəxs

Başa çatmaqda olan ilin ən məşhur sözü elan edildi

11
(Yenilənib 13:36 30.11.2020)
Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.

BAKI, 30 noyabr — Sputnik. "Vebster lüğəti" kimi məşhurlaşan Amerikanın Merriam-Webster ingilis dili lüğəti 2020-ci ilin ən məşhur sözünü müəyyən edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu söz – "pandemiya" və ya "pandemik"dir.

"Bəzən bir kəlmə bütöv bir dövrü xarakterizə edir və bu müstəsna, son dərəcə çətin ilin sözünü müəyyən etmək üçün araşdırma apardığımız vaxt bir kəlmə dərhal ön plana çıxdı. Beləliklə, 2020-ci ildə bizim onlayn-lüğtdə ən çox axtarılan söz – "pandemic" ("pandemiya" və ya "pandemik") olub, – deyə "Webster lüğəti"nin saytındakı məlumatda bildirilir.

O da qeyd olunur ki, axtarış sorğularında ilk dəfə 2020-ci ilin fevral ayının 3-də bu sözün kəskin artımı müşahidə olunub. Ümumilikdə isə ABŞ-da ilk COVID-19 virusuna yoluxma hadisəsinin qeydə alındığı 20 yanvar tarixində insanlar lüğətdən "pandemiya" sözünü mənasını axtarmağa başlayıblar.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (DST) martın 11-də yeni koronavirus infeksiyasının yayılmasını pandemik vəziyyət kimi qiymətləndirib. DST-in son məlumatlarına görə, artıq bütün dünyada 61 milyondan çox insan bu virusa yoluxub, 1,4 milyondan çox insan isə COVID-19-a qurban gedib.

Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.

11
Teqlər:
pandemiya, yoluxma, COVID-19, lüğət, söz