Dalay-lama: "Pandemiyaya görə kədərlənməməliyik"

© AP Photo / Ashwini BhatiaТибетский духовный лидер Далай-лама
Тибетский духовный лидер Далай-лама - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər əlinizdən gələni etdiyiniz halda yenə də problem aradan qalxmırsa, onda fikirləşin ki, bu sizin karmanızdır

BAKI, 5 noyabr — Sputnik. Dalay-lama insanları koronavirusa görə kədərlənməməyə çağırıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o, rus buddistləri üçün keçirdiyi ilk onlayn təlimlərdə bu barədə danışarkən deyib ki, pandemiyaya görə kədərlənməkdənsə onu dəf etməyə çalışmaq lazımdır.

"Biz başa düşməliyik ki, bütün əzablar müəyyən səbəblərdən və şəraitdən yaranır. Pandemiya da bu səbəblərdən və şəraitdən ortaya çıxıb. Buna görə də onları aradan qaldırmaq üçün səy göstərməliyik. Öz-özümüzə fikirləşməliyik: bu əzablardan qurtulmaq mümkündürmü? Əgər mümkündürsə, onda kədərlənməyə dəyməz, əksinə, bu çətinlikləri və əzabları aradan qaldırmaq üçün çalışmaq lazımdır", – deyə Dalay-lama dini ayinlərin köməyi ilə koronavirusa qalib gəlməyin mümkün olub-olmadığı barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, təbiətdə qocalıq, ölüm kimi qaçılmaz hadisələr var və bunu dəyişdirmək mümkün deyil. "Əgər əlinizdən gələni etdiyiniz halda yenə də problem aradan qalxmırsa, onda fikirləşin ki, bu sizin karmanızdır", – deyə dini lider bildirib.

 

Xəbər lenti
0