Manhettendə 60-a yaxın etirazçı həbs olundu

© REUTERS / MICHELLE NICHOLSПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Adamları polis məntəqələrini yandırmağa çağıran nümayişçilər asayiş keşikçilərinə zibil və yumurta atıblar.

 

BAKI, 5 noyabr — Sputnik. Manhettendə prezident seçkisinin nəticəsinə etiraz edən dinc nümayiş bu gecə polislə toqquşmaya keçib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, hadisə vaxtı təxminən 60 nəfər həbs olunub.

Manhettinin Vest-Villic rayonu ərazisində yerli vaxtla təxminən saat 20:30-da polis əvvəlcə Nyu-York Xalq Kitabxanasında toplaşan, daha sonra isə "Vaşinqton meydanı" parkına doğru hərəkət edən bir neçə yüz nəfərlik qrupa hücum edib.

Дональд Трамп и Мелания Трамп в Белом доме в день выборов в США - Sputnik Azərbaycan
FOTO
Tramp, yoxsa Bayden - ABŞ-da prezident seçkisi günü yaşanan vəziyyət

Etirazçılar qısa müddətlik yolu bağlayaraq avtomobillərin hərəkətini dayandırıb və insanları polis məntəqələrini yandırmağa çağırıblar. Nümayişçiləri məhdud ərazidə lokallaşdırma taktikasından istifadə edən polis məmurları onları səkilərə sıxışdıraraq həbs etməyə başlayıblar. Etirazçılar isə polisə zibil və yumurta atıblar.

Yüksək rütbəli hüquq-mühafizə məmurunun açıqlamasına görə, etirazlarla əlaqədar ən azı 58 nəfər saxlanılıb.

Polislə daha bir toqquşma da yerli vaxtla təxminən saat 21.30-da "Birlik Meydanı" parkının ərazisində baş verib və nəticədə bir neçə nəfər nəzarət altına alınıb.

Xəbər lenti
0