Tramp: "Biz bu seçkidə qalib gəldik"

© AP Photo / Evan VucciПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp çıxışı zamanı qeyd edib ki, bir qrup şəxs amerikalıları öz iradələrini ifadə etmək hüququndan məhrum etmək istəyir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Biz bu seçkidə qalib gəldik. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

O, eyni zamanda verdikləri dəstəyə görə amerikalılara təşəkkür edib: "Nəticələr fenomenaldır. Biz qalib gəlirik. Biz gözləmədiyimiz ştatlarda qalib gəlmişik".

Tramp çıxışı zamanı qeyd edib ki, bir qrup şəxs amerikalıları öz iradələrini ifadə etmək hüququndan məhrum etmək istəyir.

O vurğulayıb ki, seçkinin nəticələri ilə bağlı məsələnin həlli üçün Ali Məhkəməyə də getməyə hazırdır.

Qeyd edək ki, ötən gün ABŞ-da prezident seçkisi keçirilib. Seçkinin ilkin nəticələri açıqlanmağa başlayıb. Bu ana olan məlumata görə, hazırkı prezident, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Seçicilər Kollegiyasının 213, onun Demokratlar partiyasından olan rəqibi Co Bayden isə 225 səsini alıb.

Xəbər lenti
0