Vyanada hadisə yerində

Terror qurbanlarına kömək edən iki türkə Vyana polisindən təşəkkür

36
(Yenilənib 11:30 04.11.2020)
Bazar ertəsinə keçən gecə Avstriya paytaxtı Vyanada baş verən terror aktı nəticəsində terrorçu da daxil olmaqla beş nəfər ölüb, 22 nəfər yaralanıb. Bu zaman Receb Gültekin terrorçunun açdığı atəş nəticəsində ayağından yaralanıb.

BAKI, 4 noyabr — Sputnik. Avstriya paytaxtı Vyanada terror aktı zamanı yardım edən üç nəfər bu ölkənin hüquq mühafizə orqanları tərəfindən mükafatlandırılıb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, mükafatlandırılan şəxslərdən ikisi türk, biri isə Fələstin əsilli şəxsdir.

Belə ki, iki türk - Rəcəb Gültəkin və onun dostu Mikail Özən - terror aktı zamanı yaralanan qadına kömək edib. Onlar yaralı qadını dərhal yaxınlıqda yerləşən restoranın içərisinə aparıblar. Bu zaman Receb Gültekin terrorçunun açdığı atəş nəticəsində ayağından yaralanıb.

Daha sonra Rəcəb Gültəkin və Mikail Özən terror aktı nəticəsində yaralanmış polisi təhlükəsiz əraziyə aparıblar. Bu zaman yaralı polisə ilk yardım Fələstin əsilli Osoma Joda yardım edib.

Qeyd edək ki, bazar ertəsinə keçən gecə Avstriya paytaxtı Vyanada baş verən terror aktı nəticəsində terrorçu da daxil olmaqla beş nəfər ölüb, 22 nəfər yaralanıb.

36
Teqlər:
polis, təşəkkür, yardım, türk, terror, Avstriya, Vyana
Əlaqədar
Azərbaycan Avstriyaya qarşı terroru pislədi
Vyanada terror: 2 nəfər ölüb, hücum edənlər gizləniblər
Vyanada 4 terrorçu həbs edildi - YENİLƏNİB
Vyanada sinaqoqa hücum olub: ölənlər var
F-35 qırıcısı, arxiv şəkli

Səlcuq Bayraqdar: "ABŞ-ın Türkiyəyə F-35 qırıcısı verməməsi xeyirli addımdır" - VİDEO

55
(Yenilənib 16:12 22.04.2021)
Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

BAKI, 22 aprel — Sputnik. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartmasına öz "Instagram" hesabından paylaşdığı video ilə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər yayıb.

Bayraqdar bildirib ki, ABŞ-ın Türkiyəyə F-35 qırıcıları verməməsi bu gün mənfi hal kimi qiymətləndirilsə də, əslində gələcəkdə milli müdafiə sənayesinin inkişafı baxımından ən xeyirli addım kimi qiymətləndirilə bilər.

"Çünki proqramını xaricdən satın alacağımız rəqəmsal kompüterlər tərəfindən idarə olunan və pilotun yerinə qərar verən xarici missiyalı kompüteri və proqramı olan bir sistem müstəqil istifadə baxımdan bizə ciddi məhdudiyyətlər yarada bilər. Bundan başqa, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, illər ərzində on milyardlarla dollar vəsait xərcləyəcəyimiz layihədən söhbət gedir. Bəli, bu gündən işə başlasaq, bəlkə də bu tip təyyarə düzəltməyimiz üçün 15-20 il vaxt lazım gələ bilər. Onun əvəzinə inkişaf etdiriləcək milli platformanın satınalma, istismar, təmir xərcləri isə hər bir halda F-35-dən az olacaq", – deyə texniki direktor vurğulayıb.

Bayraqdar onu da bildirib ki, üstəlik 15-20 il sonra hazır olacaq bu tip qırıcı həmin dövrə qədər başqa ölkələrin inkişaf etdirəcəyi təyyarələrdən bir nəsil geri qala bilər. Odur ki, bunun əvəzinə daha ucuz qiymətə başa gələn, süni intellektlə təchiz olunmuş pilotsuz döyüş təyyarələrini inkişaf etdirmək daha məqsədəuyğundur. Çünki gələcəyin istiqamətini məhz bu cür hava vasitələri müəyyənləşdirəcək.

Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

"Baykar" şirkətinin son 4-5 ildə gerçəkləşdirdiyi AKINCI platforması üzərində işin başa çatması ilə əlaqədar Milli Pilotsuz Döyüş Təyyarəsi layihəmizi bu yaxınlarda sürətləndirdik. Hədəfimiz bu platformaya aid təyyarənin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir", – deyə o bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 Zenit-Raket Kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

55
Teqlər:
video, ABŞ, Türkiyə, "F-35" qırıcıları, Səlcuq Bayrakdar, Baykar Makina
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

6
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

6
Mövzu:
Yeni tip koronavirus pandemiyası

Müharibənin əks-sədası: torpaqların təmizlənməsini gözləmək lazımdır - VİDEO

0
(Yenilənib 17:15 22.04.2021)
Azərbaycanın müharibə bölgəsindəki kəndlərinin sakinləri vaxtaşırı düşmənin yerləşdirdiyi minaya düşürlər. Kəndlilər belə bir həyat haqqında nə düşünürlər. Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Azərbaycan torpaqlarını işğal edərkən Ermənistan tərəfi məqsədyönlü şəkildə bu əraziləri minalayıb. Üçtərəfli atəşkəs bəyannaməsi imzalanandan bəri mina partlaması nəticəsində Azərbaycanın 20 mülki vətəndaşı və hərbçisi ölüb, daha 85 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sakinlər inanırlar ki, səbrlə bu ərazilərin minalardan təmizlənməsini gözləməlidirlər. Çünki Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları azad edilmiş ərazilərdə intensiv rejimdə işləyirlər.

Düşmən Tərtər bölgəsindəki Qapanlı kəndinin sakinlərini daim qorxu içində saxlamağa çalışaraq, bu illər ərzində həmin kəndə bütün növ silahlardan atəş açıblar, eyni zamanda təxribatçı qruplar oraya minalar yerləşdiriblər.

Mülki əhali "müharibənin əks-sədası"ndan əziyyət çəkməyə və ölməyə davam edir. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini nəzərə alsaq, bütün bu torpaqların minalardan tamamilə təmizlənməsini hələ uzun müddət gözləmək lazım gəlir.

 

0
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, Qarabağ, mina