SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçici səslərinin sayına görə Donald Tramp irəlidədir

© AFP 2023 / BRENDAN SMIALOWSKIПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ seçki sisteminin özəlliyi ondadır ki, daha çox seçici səsi yığmış namizəd qalib olmaya da bilər.

BAKI, 4 noiyabr - Sputnik. ABŞ-ın hazırkı prezidenti Donald Tramp hazırda səs vermiş seçicilərin sayına görə liderdir. Seçki bülletenlərinin 23%-nin sayılmasından sonra Tramp 50,5% səslə irəlidədir.

Onun rəqibi Co Baydenə seçicilərin 48,4%-i səs verib. Hazırkı prezident rəqibini 1 milyon səslə üstələyir.

ABŞ seçki sisteminin özəlliyi ondadır ki, daha çox seçici səsi yığmış namizəd qalib olmaya da bilər. İkimərhələli seçki sisteminə görə orada seçicilər hər bir ştat üzrə (prezidenti) seçənlərə səs verirlər. Belə ki, ştat üzrə daha çox səs toplamış namizəd həmin ştatdakı bütün seçənlərin səslərini əldə edir. Hər bir ştat üzrə seçənlərin sayı müxtəlifdir. Ümumilikdə ABŞ üzrə 538 seçən var. Qalib gəlmək üçün onların 270-nin səsini almaq lazımdır. Sözügedən seçənlər isə dekabrın 14-də səs verəcəklər. Lakin bu proses formal xarakter daşıyır.

Xəbər lenti
0