Azərbaycan Əfqanıstanda universitetə hücumu pisləyib

© AFP 2023 / SAJJAD HUSSAINФлаг Афганистана, фото из архива
Флаг Афганистана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslərin hücumu nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.

BAKI, 3 noyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kabil Universitetinə edilən silahlı hücumu pisləyən bəyanat yayıb və Əfqanıstana bu hadisənini qurbanları ilə bağlı başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib.

"Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir", - deyə XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Xəbər lenti
0