Polis əməliyyatı

Vyanada 4 terrorçu həbs edildi - YENİLƏNİB

84
(Yenilənib 02:17 03.11.2020)
"Xahiş edirəm, anlayışla qarşılayın. Biz açıq-aşkar terror hücumuna məruz qalmışıq, bu, dinamik situasiyadır" - Karl Nehammer

BAKI, 3 noyabr - Sputnik. Yerli KİV-in məlumatına görə, Vyana polisi 4 terrorçunu ələ keçirib. Həmçinin qeyd olunur ki, bir neçə terror hücumunda 15 nəfər xəsarət alıb. Onlardan 7-nin vəziyyəti ağırdır.

DİN nümayəndəsi Herald Zörös isə küçədə olan bir nəfərin həlak olduğunu, biri polis olmaqla bir neçə nəfərin yaralandığını deyib.

"Altı dəqiqləşdirilmiş cinayət məkanı bəllidir. Bir nəfər küçədən keçən adam ölüb, bir neçə nəfər ciddi xəsarət alıb, onlardan biri polisdir", - Zörös ORF-in efirində deyib.

Bu arada, Avropa İttifaqının rəhbəri Şarl Mişel Vyanadkı terroru qınayaraq Avstriyaya dəstəyini bildirib.

--------

01:30

Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bir sıra KİV-in Vyanadakı restoranda insanların girov götürülməsi barədə xəbərləri şərh edərkən bildirib ki, situasiya dinamikdir, terror hücumu davam edir. O, qurumun rəsmi məlumatlarını rəhbər tutmağı tövsiyə edib. 

"Xahiş edirəm, anlayışla qarşılayın. Biz açıq-aşkar terror hücumuna məruz qalmışıq, bu, dinamik situasiyadır", - nazir ORF telekanalının efirində deyib.

Həmçinin sözügedən Mariahilferştrasse küçəsində yerləşən Akakiko yapon restoranından da orada girovların olmadığı bildirilib.

Vyananın mərkəzindəki Şvedenplats rayonunda isə atışma zamanı bir polis işçisi ağır yaralanıb.

 

-------

00:48

Vyanada sinaqoqa hücumla yanaşı, şəhərin başqa bir rayonunda cinayətkarlar restorandakı insanları girov götürüblər.

Sputnik Azərbaycan-ın OE24 telekanalına istinadən məlumatına görə, terrorçuların qarşısını almaq üçün polis dəstələri bir neçə restoranı mühasirəyə alıblar. 

Cinayətkarların yeddinci rayondakı Mariahilferştrasse küçəsində yerləşən Akakiko yapon restoranında müştəriləri girov götürdükləri deyilir.

Qeyd edək bir qədər əvvəl Vyananın mərkəzindəki birinci rayonda sinaqoqa hücum olub. Hücum edənlərdən biri özünü partladıb. Hadisə yerində pulemyotdan istifadə edilməklə atışma olub, 7 nəfər həlak olub.

84
Teqlər:
polis, terrorçular, girov, restoran, Vyana, Avstriya
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

25
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

25
Fransa bayrağı, arxiv şəkli

Fransa Senatından Azərbaycan əleyhinə xaincəsinə qərar

116
(Yenilənib 22:12 25.11.2020)
XİN: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

BAKI, 25 noyabr - Sputnik. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

116
Teqlər:
Dağlıq Qarabağ, Fransa

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0