Gürcüstanın Baş Naziri Georgi Qaxariya, arxiv şəkli

Koronavirus Gürcüstan hökumətinə çatdı

17
(Yenilənib 21:10 02.11.2020)
Bazar ertəsi Baş Nazirdən sonra İqtisadiyyat naziri Natiya Turnava ilə hökumət administrasiyasının başçısı Natiya Mezvrişvili də özünütəcridə məcbur olublar.

BAKI, 2 noyabr - Sputnik. Gürcüstanın Baş Naziri Georgi Qaxariyanın koronavirus testinin nəticəsi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Noyabrın birində gürcü nazir bildirmişdi ki, koronavirus daşıyıcısı ilə ünsiyyətdə olduğu üçün özünü təcrid edir. Bir qədər sonra hökumətin mətbuat xidməti məlumat yaydı ki, Qaxariyanın şəxsi mühafizəsində bir neçə nəfərdə COVID-19 aşkarlanıb.

Bazar ertəsi Baş Nazirdən sonra İqtisadiyyat naziri Natiya Turnava ilə hökumət administrasiyasının başçısı Natiya Mezvrişvili də özünütəcridə məcbur olublar.

"Oktyabrın 31-də Baş Nazir koronavirus aşkarlanan mühafizə işçisi ilə ünsiyyətdə olduğu üçün özünütəcrid rejiminə keçdi. Test nəticəsində xəstəlik təsdiqləndi. Georgi Qaxariya özünü yaxşı hiss edir və müalicəsini evdə davam etdirir", - mətbuat xidmətinin məlumatında deyilir.

17
Teqlər:
Gürcüstan, yoluxma, Koronavirus, Qeorqi Qaxariya
Mövzu:
Dünyanı cənginə almış bəla (510)
Əlaqədar
Azərbaycanda son sutkada 596 nəfər COVID-19-a yoluxub
Qonşu ölkələrdə koronavirusdan ölənlərin sayı artdı
Bütün dünyanı təlaşa salan şəxsin özünün vəziyyəti yaxşı deyil
COVID-19-dan ölüm antireytinqinin lideri dəyişdi
İsrail dünyanı xilas etməyi düşünür – sınaqlar bu gün başladı
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

0
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

0
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

5
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

5
Teqlər:
rejissor, film, Ancelina Coli