Fransada yenə silahlar danışır - VİDEO

CC BY 2.0 / Peter Anderson / adiósПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atışma zamanı bir nəfər üç güllə yarası alıb. Xəstəxanaya çatdırılan adamın vəziyyətinin qənaətbəxş olduğu deyilir.

BAKI, 1 noyabr - Sputnik. Fransanın cənubundakı Monpelye şəhərində atışma olub, bir nəfər xəsarət alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Actu.fr portalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, atışmada təxminən on nəfər iştirak edib. Onlar əlcək və maska taxıbmışlar. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Atışma zamanı bir nəfər üç güllə yarası alıb. Xəstəxanaya çatdırılan adamın vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Xəbər lenti
0