İzmirdə zəlzələdən ölən və yaralıların sayı artdı

© REUTERS / TUNCAY DERSINLIOGLUМестные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире
Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире  - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub

BAKI, 1 noyabr - Sputnik. Türkiyənin Egey sahillərində, İzmirdə baş verən zəlzələdə həlak olanların sayı 62-yə çatıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib. Son məlumatlara görə, 940 nəfər xəsarət alıb. Səkkiz binanın dağıntıları arasında xilasetmə işləri davam edir. 218 nəfər xəstəxanada müalicə alır.

Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 812 afterşok qeydə alınıb, bunlardan 40-nın maqnitudası 4 baldan bir qədər yüksək olub.

Xəbər lenti
0