: Gürcüstanda epdimioloji vəziyyət

Kritik vəziyyət: Gürcüstanda 20, Ermənistanda 29 nəfər koronavirusdan öldü

18
(Yenilənib 13:00 29.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 29 oktyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 1709 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 25557-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 20 nəfər ölüb, 2075 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 16907-ə çatıb, 273 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 85034-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2383 nəfər artıb.

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1272-yə çatıb. Xəstəlikdən sağalanların sayı 749 nəfər olub. Hazırda bu ölkədə 53257 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

18
Mövzu:
Dünyanı cənginə almış bəla (518)
Əlaqədar
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Koronavirus daha tez öldürməyə başlayıb
Azərbaycanda koronavirusa yoluxma niyə artır?
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
ABŞ əsgərləri

Amerikalı əsgərlərə "ortabab" qiymət qoydular

18
(Yenilənib 00:36 30.11.2020)
Müəlliflər təxmin edirlər ki, Amerika hökuməti yaxın vaxtlarda diqqəti hərbi xərclərə deyil, sosial proqramlara yönəltməyi planlaşdırır

BAKI, 30 noyabr - Sputnik. Amerikanın The Daily Signal jurnalı yazır ki, öz maraqlarını hərtərəfli qorumaq üçün ABŞ-ın gücü yetməyə bilər.

Nəşr müvafiq nəticəyə "İrs" fondundan aldığı "ABŞ-ın 2021-ci il üçün hərbi qüvvə indeksi" barədə məlumatları analiz edərək gəlib. Bu indeks ölkənin milli maraqlarını müdafiə etməyə hazırlıq, eləcə də xaricdən olan təhlükələrə qarşı müqavimət səviyyəsini əks etdirir.

Analizdən belə qənaətə gəlmək olur ki, dəniz piyadaları korpusu ilə HHQ, eləcə də quru qoşunları "ortabab" qiymətə layiqdirlər. Sonuncuların döyüş qabiliyyəti isə ümumiyyətlə "zəif" kimi dəyərləndirilib. Qiymətləndirməyə görə, ABŞ-ın hərbi-dəniz qüvvələri də ölkənin maraqlarını qoruya bilməyəcək səviyyədədir.

Müəlliflər təxmin edirlər ki, Amerika hökuməti yaxın vaxtlarda diqqəti hərbi xərclərə deyil, sosial proqramlara yönəltməyi planlaşdırır. Bu isə, müəlliflərin fikrincə, milli təhlükəsizlik sahəsindəki strategiyanı gerçəkləşdirməyə mane olacaq.

18
Teqlər:
qiymətləndirmə, HDQ, HHQ, əsgər, ABŞ
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

32
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

32
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

0
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

0
Teqlər:
Suqovuşan, su