Mançester Yunaytedin yarımmüdafiəçisi Pol Poqba

Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq

70
(Yenilənib 15:41 26.10.2020)
Yarımmüdafiəçi bu addımı Fransa Prezidenti E.Makronun müsəlmanlara qarşı söylədiyi təhqiramiz sözlərdən sonra atıb.

BAKI, 26 oktyabr — Sputnik. "Mançester Yunayted" və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba bu ölkənin milli komandasında oynamaqdan imtina edib. Sputnik Azərbaycan-ın "The Sun" qəzetinə istinadən verdiyi xəbərə görə, futbolçu bu addımı Fransa Prezidenti Emmanuel Makronun 47 yaşlı müəllim Samuel Patinin öldürülməsindən sonra müsəlmanlara qarşı nümayiş etdirdiyi aqressiv münasibətə görə atıb.

Qeyd edək ki, Makron: "Birlik və möhkəmlik islamçı terrorizminin nəhəngliyinə yeganə cavabdır", – deyə bildirmişdi. Poqba bu sözləri həm şəxsən özünə, həm də Fransada yaşayan müsəlmanlara qarşı təhqir hesab etdiyini bildirib. Bununla yanaşı, futbolçu öldürülən müəllimin Fəxri Legion ordeninə layiq görülməsindən də narazı qaldığını deyib.

Xatırladaq ki, bir qədər əvvəl "Mançester Yunayted" Pol Poqbanın məvacibinin artırılmayacağını bəyan etmişdi.

 

70
Əlaqədar
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
 Barak Obama, arxiv şəkli

Obamanı canlandıracaq şəxs məlum oldu

3
(Yenilənib 15:29 30.11.2020)
B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər"

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın həyatını əks etdirən bioqrafik film ekranlaşdırılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş prezident onun həyat yolundan bəhs ediləcək filmdə, baş qəhrəmanı-yəni özünün obrazını yaradacaq sənətçinin adını açıqlayıb.

Barak Obamanın sözlərinə görə, onun obrazını kanadalı rep ifaçısı Dreyk (Obri Dreyk Qrem) ifa edəcək.

B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər".

Keçmiş prezidentin bəyəndiyi repçi Dreyk isə 2010-cu ildən Barak Obamanın surətini ekranda yaratmaq istədiyini açıqlayıb: "Çox istəyirəm ki, tezliklə belə bir film çəkilsin və mən Obama rolunu ifa edim. Onu nə zaman ekranda görsəm, kanalı dəyişmirəm, diqqətlə Obamanı dinləyir, səs tonuna fikir verirəm".

Qeyd edək ki, Dreyk 2001-ci ildə "Degrassi: The Next Generation" serialında 7 sezon boyunca "Jimmy Brooks" obrazını ifa edib.

3
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

10
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

10
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər