Əllərində Azərbaycan və Türkiyə bayraqları olan adamlar, arxiv şəkli

Qardaş ölkənin məşhurlarının dəstəyi davam edir

60
(Yenilənib 15:22 19.10.2020)
Acun Ilıcalı: "Qarabağı qurtarmaq üçün verdiyi haqlı mücadilədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Dinc əhaliyə uzanan qanlı vəhşiliyi lənətliyirəm!"

BAKI, 19 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamlarının dəstəyi davam edir. Bu dəfə bu axına Türkiyənin məşhur komediya ustası Cem Yılmaz da qoşulub. O, özünün "Instagram" səhifəsində bu sözləri yazıb:

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

"Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda savaşdan, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünya təəccüblə baxır, ən yaxın zamanda pisliklər bitsin istəyirəm".

Bundan başqa, TV8 kanalının sahibi Acun Ilıcalı da özünün "Instagram" səhifəsində Azərbaycana dəstəyini belə ifadə edib:

Посмотреть эту публикацию в Instagram

Публикация от Acun Ilıcalı (@acunilicali)

"Qarabağı qurtarmaq üçün verdiyi haqlı mücadilədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Dinc əhaliyə uzanan qanlı vəhşiliyi lənətləyirəm! Dost və qardaş Azərbaycanı 18 Oktyabr Müstəqillik günü münasibəti ilə təbrik edirəm".

60
Əlaqədar
Məşhur amerikalı aparıcıdan ermənilərə sərt cavab: "Bizdən bunu etməyi gözləməyin!"
Dağlıq Qarabağ uğrunda gedən əməliyyatlar Türkiyənin məşhur serialında
Türkiyəli məşhurlar Gəncə terroruna səssiz qalmayıblar
Məşhurlar yaxınlarını cəbhəyə yollayırlar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Nikol Paşinyan, arxiv şəkli

Əvvəl siyasətçilər, sonra hərbçilər, indi alimlər - Hər kəs onun istefasını istəyir

10
(Yenilənib 16:34 25.11.2020)
Ermənistan Milli Elmlər Akademiyası ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

BAKI, 25 noyabr — Sputnik. Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Prezidiumu Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefaya göndərilməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat EMEA-nın rəsmi saytında bildirilir.

EMEA, həmçinin Qarabağla bağlı üçtərəfli bəyanatı erməni xalqı üçün alçaldıcı hesab edir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, EMEA ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Belə ki, noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

10
Teqlər:
Üçtərəfli bəyanat, elm, alimlər, Ermənistanın baş naziri Nikol Paşinyan, istefa
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

12
(Yenilənib 15:13 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

12
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Avtobus dayanacağı, arxiv şəkli

DYP-dən dayanacaqlarla bağlı narazılıq

0
(Yenilənib 16:54 25.11.2020)
Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin.

BAKI, 25 noyabr — Sputnik. "Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onlayn formatdan keçirilən "Baku City Forum"da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.

Onun sözlərinə görə, narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir: "Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəndən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin".

0
Teqlər:
narazılıq, dayanacaq, DYP