Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik

36
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycanın haqlı mübarizəsində onun yanında olduğunu bəyan edib.

BAKI, 18 oktyabr - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, təbrikdə deyilir: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.

36
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusla bağlı rekord: Bir gündə 25-dən çox adam öldü

12
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 80410-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1600 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1222-ə çatıb. Xəstəlikdən sağalanların sayı 51814 nəfər olub. Hazırda bu ölkədə 27027 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Gürcüstanda epidemioloji vəziyyət

Gürcüstanda yeni rekord: Bir gündə 23 nəfər koronavirusdan öldü

11
(Yenilənib 11:56 27.10.2020)
Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.

BAKI, 27 oktyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 1824 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 32127-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 23 nəfər ölüb, 1262 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür

4
Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında deyilir.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə