Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın

İbrahim Kalın: Ermənistan humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir

23
Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub.

BAKI, 17 oktyabr - Sputnik. Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın rəsmi Tvitter hesabında deyib.

O bildirib: “Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, qoca, dinc əhaliyə qarşı cinayətlər törədir. Bu hüquqsuzluq və qətliamlar cavabsız qalmayacaq. Kim nə deyirsə desin, Türkiyə sonadək Azərbaycanın yanındadır”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Sputnik V peyvənd, arxiv şəkli

İran vaksin ala bilmək üçün onu qeydiyyatdan keçirdi

3
(Yenilənib 20:03 26.01.2021)
"Biz ümid edirik ki, yaxın gələcəkdə onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq"

BAKI, 26 yanvar — Sputnik. Rusiya istehsalı olan "Sputnik V" İranda uğurla qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Sizi məlumatlandırmaq istəyirik ki, "Sputnik V" vaksini dünən İranda qeydiyyatdan keçib. O, bizim sanitar rəhbərliyimiz tərəfindən təsdiqlənib və biz ümid edirik ki, yaxın gələcəkdə biz onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq", - deyə Zərif qeyd edib.

Xatırladaq ki, ötən il avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ölkəsində koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib.

Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

3
Teqlər:
qeydiyyat, Sputnik-V peyvəndi, vaksin, Rusiya, İran
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü, Rossiya Segodnya media qrupunun icraçı direktoru Kirill Vışinski, Latviyanın Moskvadakı səfirliyi yanında Latviya və Baltikyanı ölkələrdə rusiyalı media işçilərinin təzyiqlərinə qarşı piketdə

Vışinski Butina Latviya səfirliyi qarşısında etiraz aksiyası keçirdilər

6
(Yenilənib 18:51 26.01.2021)
"Latviyada yalnız bizim həmkarımız olan jurnalistlərin deyil, həmvətənlərimizin də hüquqları kobud şəkildə pozulur. Jurnalistlərin əsas haqqı əlindən alınır, onlara işləmək istədikləri redaksiyanı seçmək hüququ verilmir"

BAKI, 26 yanvar — Sputnik. Rusiyanın İnsan Hüquqları Şurasının üzvü, "Rossiya seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski və İctimai Palatanın üzvü, Amerika həbsxanasından azadlığa buraxılmış Mariya Butina Latviyanın Moskvadakı səfirliyinin qarşısında təkbaşına etiraz aksiyası keçiriblər. Onlar Rusiya KİV-lərində çalışanların Latviyada və bütövlükdə Baltikyanı ölkələrdə təqib olunmasına etiraz ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.

Aksiya vaxtı simvolik olaraq qollarına qandal taxmış Butina üzərinə "Sərt rejimin söz azadlığı zonası" yazılmış plakat açıb. Vışinski də öz növbəsində jurnalistlərin təqib olunmasını dayandırmağa çağırıb.

"Təəssüf ki, mən bir daha qandal taxmaq məcburiyyətində qaldım. Əslində, bu mənim görmək istədiyim axırıncı işdir, ancaq başqa əlacım yoxdur. Bu bizim həmvətənlərimizlə, Latviyadakı jurnalistlərlə həmrəylik aksiyamızdır. Onları alternativ nəzər nöqtəsinə sahib olduqlarından, Rusiya KİV-ləri ilə əməkdaşlığa görə təqib edirlər", – deyə Butina vurğulayıb.

İctimai fəal Latviyada baş verənləri hakimiyyətin söz azadlığına və ümumbəşəri dəyərlərə qarşı zülmü kimi dəyərləndirib.

"Latviyada yalnız bizim həmkarımız olan jurnalistlərin deyil, həmvətənlərimizin (rusların) də hüquqları kobud şəkildə pozulur. Jurnalistlərin əsas haqqı əlindən alınır, onlara işləmək istədikləri redaksiyanı seçmək hüququ verilmir. Latviyada Avropa sanksiyaları kimi anlayışların manipulyasiya edilməsi faktı təkcə biz, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən deyil, həm də ölkəmizə bir o qədər də rəğbət bəsləməyən təşkilat - Sərhədsiz Reportyorlar Birliyi tərəfindən də qeydə alınıb", – deyə Vışinski vurğulayıb.

© Sputnik / Maksim Blinov

Xatırladaq ki, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada Sputnik Latviya və Baltnews-la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçiriblər. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindiriliblər, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Qeyd edək ki, hadisə baş verdiyi vaxt Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək Latviya Dövlət Təhlükəsizlik Xidmətinin Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin pozulması kimi qiymətləndirib.

"Rossia seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov isə Latviya hakimiyyət orqanlarının jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi dəyərləndirib.

6
Teqlər:
səfirlik, Latviya, etiraz, Kirill Vışinski