Senator: İtaliya hökuməti Ermənistanın müharibə cinayətlərini qəti şəkildə pisləməlidir

31
(Yenilənib 09:44 16.10.2020)
İtalyan senator bildirib ki, Azərbaycan hərbi hücuma məruz qalmış ölkə olmasına baxmayaraq, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarını qəbul edib

BAKI, 16 oktyabr — Sputnik. İtaliyanın "Yaşasın İtaliya" partiyasının üzvü, senator Mauro Mario Marino Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, italyan senator bildirib ki, Azərbaycan hərbi hücuma məruz qalmış ölkə olmasına baxmayaraq, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarını qəbul edib. Lakin Ermənistan tərəfindən atəşkəsin pozulması bu işğalçı ölkənin bir daha beynəlxalq hüquqa hörmət etmədiyini sübut edir.

İtalyan senator vurğulayıb ki, İtaliya hökuməti Ermənistanın bu vəhşi və müharibə cinayəti hərəkətlərini qəti şəkildə pisləməli və Ermənistandan mülki əhalini atəşə tutmağı dayandırmasını, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb etməlidir.

İndoneziya Parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon da bu günlərdə Azərbaycana dəstək verən bəyanatla çıxış edib. Bəyanatda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.

31
Teqlər:
İtaliya senatı, İtaliya, terror, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (805)
Əlaqədar
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu növbəti erməni barbarlığını müzakirə etdilər
Məşhur amerikalı aparıcıdan ermənilərə sərt cavab: "Bizdən bunu etməyi gözləməyin!"
İlham Əliyev: "Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik"
DTX erməni terroru barədə xəbərdarlıq etdi
Kreml Qarabağa sülhməramlıların yerləşdirilməsi üçün şərti açıqlayıb
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, arxiv şəkli

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

13
(Yenilənib 21:51 28.10.2020)
İran XİN başçısının müavini: Son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm.

BAKI, 28 oktyabr - Sputnik. "Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram" , - Seyid Abbas Əraqçi bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

13
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

27
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

27
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO